“İntihar Hörüyü” romanı ilə “Milli Kitab Mükafatı – 2013” Ədəbiyyat Müsabiqəsində “Ən Yaxşı Gənc Yazıçı” nominasiyası üzrə qalib olmuşdur.

“Bizim olan heç nə” adlı hekayəsi ilə Azadlıq Radiosunun keçirdiyi “Ədəbi azadlıq – 2014” hekayə müsabiqəsində birincilik qazanmış.

2016-cı ildə “Darıxmağın adı” şeirlər və esselər kitabına görə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Qızıl Kəlmə - Şans” mükafatına layiq görülüb.

2017-ci ildə “X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı”nın  iştirakçısı olmuş.

2018-ci ildə İstanbulda düzənlənən “Beynəlxalq gənc şairlər görüşü”ndə iştirak etmişdir.

2017-ci ildə uğurlu ədəbi fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən 2 fevral – Azərbaycan gəncləri günü münasibəti ilə “İlin şairi” mükafatıyla təltif olunub.

2018-ci ildə Azərbaycanda  ilk televiziya müsabiqəsi olan “Xalqın şairi” yarışmasında qalib olmuşdur.

2018-2020-ci illərdə Taras Şevçenko adına Kiyev Dövlət Universitetində “Krım Tatar dili və ədəbiyyatı” ixtisası üzrə magistr təhsili alıb.