“İntihar Hörüyü” romanı ilə “Milli Kitab Mükafatı – 2013” Ədəbiyyat Müsabiqəsində “Ən Yaxşı Gənc Yazıçı” nominasiyası üzrə qalib olmuşdur.
“Bizim olan heç nə” adlı hekayəsi ilə Azadlıq Radiosunun keçirdiyi “Ədəbi azadlıq – 2014” hekayə müsabiqəsində birincilik qazanmış.
2016-cı ildə “Darıxmağın adı” şeirlər və esselər kitabına görə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Qızıl Kəlmə - Şans” mükafatına layiq görülüb.
2017-ci ildə “X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı”nın iştirakçısı olmuş.
2018-ci ildə İstanbulda düzənlənən “Beynəlxalq gənc şairlər görüşü”ndə iştirak etmişdir.
2017-ci ildə uğurlu ədəbi fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən 2 fevral – Azərbaycan gəncləri günü münasibəti ilə “İlin şairi” mükafatıyla təltif olunub.
2018-ci ildə Azərbaycanda ilk televiziya müsabiqəsi olan “Xalqın şairi” yarışmasında qalib olmuşdur.
2018-2020-ci illərdə Taras Şevçenko adına Kiyev Dövlət Universitetində “Krım Tatar dili və ədəbiyyatı” ixtisası üzrə magistr təhsili alıb.